Daxili audit
Daxili audit sistemi müəssisə daxilində yoxlama, qiymətləndirmə və nəzarət funksiyasını həyata keçirir, menecerlər və ya direktorlar tərəfindən müəyyən olunur. Direktorlar müəssisənin daxili auditini həyata keçirmək üçün daxili audit departamenti yarada və ya daxili audit yoxlamasını həyata keçirmək üçün şirkətimizə müraciət edə bilər.
Daxili nəzarət sisteminin 5 tərkib hissəsi üzrə yoxlayırıq:
- Nəzarət mühiti .
- Müəssisənin risk qiymətləndirmə prosesi.
- Maliyyə hesabatı ilə əlaqədar informasiya sistemi.
- Nəzarət tədbirləri.
Daxili nəzarətin monitorinqi.
Xarici audit
Auditor xidmətləri – müəssisənin iqtisadi-maliyyə vəziyyətini daha dolğun və obyektiv qiymətləndirməyə, biznesin mənfəətinin və effektivliyinin artırılmasına yönəlmiş gələcək fəaliyyət planını hazırlamağa imkanı verən, şirkətin idarə edilməsini yaxşılaşdıran prosedurlar kompleksidir.